• $
  • €
  • ₽
  • ₺
  • £

"Təhsil nazirinin yeni əmri bürokratiyanı dərinləşdirəcək" - AÇIQLAMA

"Təhsil nazirinin yeni əmri bürokratiyanı dərinləşdirəcək" - AÇIQLAMA
10.01.2014 15:26

Təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” yeni əmr imzalayıb. Əmrdəki bəndlərdən birinə görə, Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilə bilər. Həmin bəndə əsasən, hər hansı universitetin mətbuat xidməti mətbuatla işinin təşkilini Təhsil Nazirliyi ilə razılaşdırdıqdan, bir sözlə, mətbuata verilməli olan məlumat ya Təhsil Nazirliyinin məlum qurumu vasitəsilə, ya da həmin qurumla razılaşdırıldıqdan sonra mətbuata ötürülməlidir.

ANN.-Az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət məlum qərarın universitetlərin mətbuatla işinin təşkilində bürokratiyanı gücləndirilməsi kimi qiymətləndirib.

A.Həsrət açıqlamasında bildirib ki, məlum qərar bürokratiyanı gücləndirməklə yanaşı, əlavə vaxt itkisinə səbəb olacaq və universitetlərin mətbuatla işinə zərbə vuracaq: “Biz deyirik ki, informasiya azadlığı, operativliyi təmin edilsin, bunlar da yeni əmr verib bürokratiyanı daha da dərinləşdirirlər. Hansı dövrdə yaşayırsınız axı? Tutaq ki, Bakı Dövlət Universiteti bir xəbər yaymaq istəyir, indi bunu nazirliklə razılaşdırmalıdır? Nazirlikdəki məmur nə bilir orda nə baş verib? Təbii ki, həmin tədbir haqqında ən doğru bilgini elə universitetin özü yaya bilər. Üstəlik də medianın ali təhsil müəssisələri ilə işbirliyi açıq olmalıdır. Təəssüf ki, bu əmr əlavə bürokratiya yaradacaq, vaxt itkisinə səbəb olacaq, üstəlik də yarımçıq və çiy informasiyaların yayılmasına səbəb olacaq". Şəbəkə rəhbəri əlavə edib ki, ADU, BDU, Bakı Slavyan Universiteti və bir sıra ali təhsil ocaqlarının mətbuat xidmətləri çox səmərəli iş qura biliblər: "İndi nazirlik onlar üçün əlavə bürokratiya yaradır. Nə gərək var axı buna? Bu, ölkədə informasiya azadlığını əngəlləyəcək addımdan başqa bir şey deyil!”SeymurANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol