«Nə? Harada? Nə zaman?» oyunu üzrə ilk Azərbaycan marafonu keçiriləcək

Qarşıdan gələn istirahət günlərində - yanvarın 11-12-də, beşulduzlu Qaradağ Hill Hotel mehmanxanasında ölkəmizin intellektual hərəkatı üçün unikal turnir – «Nə? Harada? Nə zaman?» oyunu üzrə I Bakı marafonu keçiriləcək.Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçiriləcək.Turnirin təşkilatçısı – Azərbaycan İntellektual Klublar Assosiasiyasının tərkibindəki «İçərişəhər» İntellektual Oyunlar Klubudur.Turnir iştirakçıları dünyanın aparıcı redaktorlarının hazırladıqları 333 suala cavab verəcəklər. Oyun fasiləsiz olaraq təxminən 16 saat davam edəcək.Bu formatda yarışlar dünya intellektual hərəkatında son dərəcə populyardır və daim bilicilərin böyük marağına səbəb olur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























