• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni qrip virusu yayılıb? - AÇIQLAMA

Azərbaycanda yeni qrip virusu yayılıb? - AÇIQLAMA
10.01.2014 12:25

Qış mövsümü insanların ən çox xəstələndiyi vaxtdır. Bakının, eləcə də regionların soyuq havasını nəzərə alsaq, viruslardan daha diqqətli qorunmaq lazımdır. Son vaxtlar bütün dünyada yayılan quş qripi və donuz qripi kimi tanıdığımız H5N1, H1N1 viruslarını nəzərə alsaq, insanların təşvişini başa düşmək olar. Bundan başqa hər gün artan müxtəlif növ mənbəyi bəlli olmayan yeni virusların yayılma sürətini də hesaba qatsaq, cəmiyyətin qorxusu heç də təəccüblü olmaz. 

Keçən illərdə olduğu kimi, bu qış mövsümündə də Bakı sakinləri qripdən qorunmağa çalışır. Lakin bu mövsüm insanlar arasında yayılan "yeni qrip" sakinləri qorxuya salır. Bir çox insanın dediyinə görə, bu yeni qrip virusunun tez yüksələn hərarət, halsızlıq, boğaz ağrısı kimi əlamətləri var. Bu yeni qripin fərqi onun sürətlə yayılmasındadır. 

İnsanlar arasında, xüsusilə sosial şəbəkələrdə bu virus haqqında tez-tez verilən sualları, insanların təşvişini nəzərə alaraq məsələyə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Namiq Əliyevin münasibətini öyrəndik: "Sözügedən yeni qrip növü mövcud deyil. Virusların artması mövsümi xarakter daşıyır. Bunlardan qorunmaq üçün qoruyucu maskalardan istifadə etmək lazımdır. Bundan əlavə, gigiyena qaydalarına riayət edilməlidir. Bu, hər hansı bir yeni qripin deyil, adi qrip xəstəliyi virusudur. Yeni qrip virusunun yayılması isə ancaq əsassız şayiələrdir. Bu şayiələrə inanmaq lazım deyil”.

Pediatr Vüsalə Babayeva uşaqlar arasında qripin çoxaldığını, lakin bunun bayramla əlaqədar olduğunu bildirib: “Yaxın müddətdə uşaqlar arasında qripə yoluxma halları 60 fazi çoxalıb, lakin bu ancaq bayramla əlaqədardır. Körpələr arasında qripə yoluxma halları demək olar ki, artmayıb. Bu hallar ancaq 3 yaşından böyük uşaqlarda rast gəlinir. İnsanlar arasında yayılan “yeni qrip” növü əsassızdır. Əgər belə hallar varsa, bu araşdırılmalıdır. Lakin biz hələ belə hallarla qarşılaşmamışıq. Uşaqlar arasında qrip hallarının çoxalması isə daha çox bayramla əlaqədardır. Belə ki, uşaqlar çox sayda yeni il şənliklərinə və bayramlara qatıldıqları üçün qrip hallarının çoxalması da normaldır. Qripin əlamətlərinə gəldikdə isə, heç bir yenilik yoxdur. Uşaqlarda əsasən qızdırma, angina və qusma halları ilə müşayiət olunur. Valideynlər uşaqları qripdən qorumaq üçün ilk növbədə onların immunitetini artırmalıdır. Bu məsələyə çox ciddi fikir vermək lazımdır”.

Cəmilə İbrahimova

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol