• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi
16.05.2025 19:05

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələri ilə də tanınan “Nar” inklüziv cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüslərini davam etdirir. “Biz Hamımız Birik” adlı yeni DEIB (Diverislik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində şirkət həm əməkdaşlar, həm də müştərilər üçün bərabər, anlayışlı və əlçatan mühitin yaradılmasına töhfə verir.

Təşəbbüsün ilk mərhələsi kimi, “Nar”ın ön ofis əməkdaşları üçün işarə dili üzrə təlimlərə start verilir.

Bu təşəbbüs eşitmə məhdudiyyətli şəxslərlə effektiv ünsiyyət qurmaqla xidmətlərin tam əlçatan olmasını təmin etməyi hədəfləyir. Təlimlər təcrübəli və sertifikatlı eşitmə məhdudiyyətli şirkət əməkdaşları tərəfindən aparılacaq ki, bu da öyrənmə prosesinə həm real təcrübə, həm də dəyər qatır.

Layihənin növbəti mərhələsində eşitmə məhdudiyyətli şəxslərin ehtiyaclarını dərindən analiz edərək, onlar üçün xüsusi olaraq dizayn edilmiş sərfəli və rahat məhsullar, eləcə də Çağrı Mərkəzi dəstəyi təqdim olunacaq. Məqsəd — bu icma üzvlərinə gündəlik həyatlarında maneəsiz kommunikasiya imkanı yaratmaq və onların real ehtiyaclarına cavab verən xidmətlər təqdim etməkdir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol