• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib

Baş prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib
19.05.2025 19:51

Baş prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib.

Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev mayın 19-da Tanzaniya Birləşmiş Respublikasının Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskar Respublikasının Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzair Xalq Demokratik Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Baş prokuror Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, prokurorluq orqanlarında tətbiq olunan müasir idarəçilik mexanizmləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. O, transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE Şəbəkəsinin bu istiqamətdə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin həm regional, həm də qlobal səviyyədə koordinasiyası, institusional potensialın gücləndirilməsi və şəffaflığın təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Qarşılıqlı etimada əsaslanan bu dialoqlar çərçivəsində qonaqlar Azərbaycanın elektron idarəçilik, etik davranış prinsiplərinin təşviqi, şəffaflıq və hesabatlılıq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Görüşlərin sonunda nümayəndə heyətləri Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun tarixi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.

Nümayəndə heyətlərinin Azərbaycana səfərləri çərçivəsində işgüzar görüşləri davam edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol