• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi rayonlar qazsız qalacaq

Bəzi rayonlar qazsız qalacaq
20.05.2025 09:00

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S.Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa “Ələt-Astara” dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri, Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu, Navahi qəsəbəsini təbii qazla təmin edən 250 mm-lik ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatı daxildən dayandırılacaq.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol