• $
  • €
  • ₽
  • ₺
  • £

“Nargis” nəşrlər evindən jurnalistlər üçün İŞ İMKANI

“Nargis” nəşrlər evindən jurnalistlər üçün İŞ İMKANI
10.01.2014 00:14

“Nargis” nəşrlər evi yanvarın 17-də Bakı Biznes Mərkəzində Azərbaycan jurnalistləri üçün “Açıq qapı” günü keçirəcək. Görüşün məqsədi həmkarları nəşriyyatın layihələri ilə tanış etmək, yeni iş yerləri və əməkdaşlıq şərtləri barədə söhbət açmaqdır.

AzərTAc xəbər verir ki, mətbuat konfransı formatında keçiriləcək təqdimat mərasimində nəşrlər evinin nümayəndələri jurnalistikanın problemləri və ixtisasartırma üsulları barədə açıq dialoq aparmağı planlaşdırırlar. “Nargis” nəşrlər evi savadlı və perspektivli jurnalistlər üçün yeni imkanlar yaratmaqla maksimum sayda media işçilərini layihələr üzərində işə cəlb etmək istəyir. Onların arasında digər nəşrlərin və onlayn-portalların təcrübəli əməkdaşları ilə yanaşı, yazıları mətbu və ya onlayn nəşrlərdə dərc edilmiş gənc müəlliflər də ola bilər. Layihənin məqsədi azərbaycandilli və rusdilli jurnalistikanın ümumi səviyyəsini artırmaqdır.

“Nargis” nəşrlər evi bir il ərzində müəlliflərlə əməkdaşlıq edəcək, onların fəaliyyətini izləyəcəkdir. İlin yekunlarına əsasən beş jurnalist və publisistdən ibarət qrup yaradılması nəzərdə tutulur. Bu qrupun üzvləri xaricdə keçiriləcək treninqlərdə iştirak edəcəklər.

Mətbuatda iş təcrübəsi olan müstəqil müəlliflər də mətbuat konfransına dəvət edilirlər. Xülasə və fotoşəklinizi bu ünvana göndərin: [email protected]/* */

Elektron məktuba məqalə faylını və ya müvafiq sayta istinad əlavə etməlisiniz.

Xülasələrin təqdim edilmə müddəti yanvarın 15-nə qədərdir (həmin gün də daxil olmaqla).ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol