• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda 10 kiloqram qızıl talayıb bataqlıqda gizlənən dəstə saxlanılıb

Şamaxıda 10 kiloqram qızıl talayıb bataqlıqda gizlənən dəstə saxlanılıb
20.05.2025 17:30

Şamaxı şəhərində 10 kiloqramdan artıq qızıl-zinət əşyalarının talandığı quldurluq hadisəsi ilə bağlı üç nəfərdən ibarət dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər şəhər sakininə qarşı fiziki zor tətbiq edərək ona məxsus çantanı – içərisində külli miqdarda qızıl-zinət əşyaları olan əmlakı – talayıb və hadisə yerindən qaçıblar.

Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Şübhəlilərin hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonunda yerləşən polis postunda “saxla” siqnalı verilsə də, onlar bu göstərişə məhəl qoymayaraq yoluna davam ediblər.

Cinayətkarlar daha sonra izlərini itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərinin bataqlıq ərazisində gizləniblər. Polis onların yerini müəyyən edərək hər üçünü saxlayıb.

Əldə olunmuş qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi götürülüb və zərərçəkmiş şəxsə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol