• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur

Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur
21.05.2025 08:38

Bakının Ağır Cinayətlər Məhkəməsində 41 ədəd qızıl külçəsinin Azərbaycana qaçaqmal yolu ilə gətirilməsinə cəhd göstərilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

İttihama görə, keçmiş Dövlət Gömrük Komitəsinin əməkdaşı Afsər Mirzəliyev və Səfər Səfərov əvvəlcədən razılaşdırılmış sxem üzrə 22 dekabr 2024-cü ildə İstanbul–Bakı reysi ilə 3 kiloqramdan çox, dəyəri 461 min manat olan qızılı ölkəyə keçirmək istəyiblər.

Səfərovun gömrük nəzarətindən yayınaraq hava limanının sanitar qovşağında qızıl dolu bağlamanı zibil qabına atdığı müəyyən edilib.

Məhkəmədə hər iki təqsirləndirilən şəxs özlərini günahkar saymadıqlarını bildiriblər.

Gömrük əməkdaşları və digər şahidlər ifadə veriblər.

Onlardan biri bildirib ki, radio vasitəsilə göstəriş alaraq sanitar otaqdakı zibil qabını yoxlayıb və orada qara bağlama tapıb. Digər şahidlər qızılın daşınmasından xəbərləri olmadığını deyib.

İş üzrə növbəti iclas  iyunun 3-ə təyin olunub.

Səfərov “qrup halında qaçaqmalçılıq” maddəsi ilə, Mirzəliyev isə eyni zamanda “vəzifədən sui-istifadə etməklə qaçaqmalçılıq” maddələri ilə ittiham olunur.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol