• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ: "Heç kim işdən məcburi çıxarıla bilməz"

ARDNŞ: "Heç kim işdən məcburi çıxarıla bilməz"
09.01.2014 14:40
«Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan heç bir işçisinə məcburən qol çəkdirib maaşının 5 mislində təzminat ödəmir».Bunu «APA-Economics»ə açıqlamasında ARDNŞ-in İnsan resursları Departamentinin rəisi Asif Bəkirli bildirib. Onun sözlərinə görə, bu kompensasiya işdən çıxarılan insanlara kömək məqsədi üçün verilir: «Şirkətdə təsdiq olunmuş əmrə əsasən, maaşın 5 mislinin verilməsi könüllü xarakter daşıyır. Bu məbləğ müəyyən vaxt ərzində verilir». A.Bəkirli bildirib ki, bu, məcburi deyil və pulu birdən alan bir çox işçilər var ki, pulu alıb könüllü olaraq işdən kənarlaşır: «Bu proses də hər bir müəssisənin daxilində aparılır. Müəyyən işçilər var ki, bəri başdan maaşının 5 mislini alıb, özünə başqa iş tapır. Həmin işçi əmək kitabçasını alıb, işdən gedir. Amma elə işçilər də var ki, təzminatı aybaay alır. O, eyni zamanda özünə iş də axtara bilər. Həmin işçilər ARDNŞ-in kadrlar ehtiyatına götürülür və sabah yeni bir iş yeri, vakansiya yaranırsa, onlar yenidən işə dəvət ediləcək». A.Bəkirli deyir ki, heç kim məcburi qaydada işdən çıxara bilməz: «Ola bilər ki, işçilərə maaşın 5 misli verilərkən bildirilir ki, bu pulu indi götürsünlər, sonra bu pulu onlara təklif edə bilməyəcəklər. Yaxud da həmin işdən çıxarılan işçilərə işəgötürənlər bu proseduru düzgün izah edə bilməyib, yaxud da onları kimsə düzgün anlamayıb». ARDNŞ rəsmisi qeyd edib ki, maaşının 5 mislini birdən alıb işdən getmiş işçilərə əmək kitabçası da verilir və sonradan, hər hansısa vakansiya yarandıqda onlar yenidən işə dəvət edilmir: «Amma aybaay maaşının təzminatını alan işçilər işsiz qaldığı müddətin 2-3 ayında yenidən boş vakansiya yarandıqda dəvət ediləcək və başqa işlə təmin olunacaq. Bunun üçün də o, mütləq imtahan verməlidir, testdən keçməlidir».ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol