Bakıda zəncirvari qəza: 5 maşın bir-birinə girdi

"Toyota RAV" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb
Bakının Yasamal rayonunda 5 maşının iştirakı ilə zəncirvari qəza baş verib. APA-nın xəbərinə görə, Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən "Toyota RAV" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, ilkin ehtimala görə, qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən "Toyota RAV" markalı avtomaşının sürücüsü olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























