Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var

Bu gün Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, köhnə Ələt-Astara magistralında “Ford” markalı yük avtomobili ilə “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Fakta bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























