Goranboyda minik maşını ilə yük avtomobili toqquşub

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Səfikürd-Naftalan yolunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Ayxan Əkbərov idarə etdiyi "Toyota Pirus" markalı minik maşını ilə Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Həsən Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili toqquşub.Qəza zamanı xəsarət alan olmayıb,avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























