Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
APA-nın məlumatına görə, qəza İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes”, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























