Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobilin üstünə aşıb.
APA-nın məlumatına görə, saat 19 radələrində Sabirabad şəhəri ərazisində güclü külək müşahidə edilib.
Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























