• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

AQTA "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
09.06.2025 10:30

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bildirilib ki,bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

Agentlik qeyd edir ki,xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:

"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".

Yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bu səbəbdən məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol