Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana yola düşüb.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.
Bildirilir ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.
"Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























