• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ay Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq - Səfir

Bu ay Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq - Səfir
10.06.2025 11:11

Bu ay Türkiyənin Karamanmaraş vilayətində tikilən Azərbaycan məhəlləsinin açılışı olacaq. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə müsahibəsində bildirib. 

Səfir açılışın hələ dəqiq vaxtının müyyyən olunmadığını açıqlayıb. 

Bundan əvvəl mətbuatda xəbərlərdə vurğulanıb ki, Azərbaycan məhəlləsinin açılışında Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev də iştirak edəcək.

Azərbaycan tərəfindən ümumilikdə 26 yaşayış binası, 456 mənzil və 328 qeyri yaşayış obyekti tikilib. 

Azərbaycan Türkiyədə zəlzələdən sonra Kahramanmaraş vilayətinə yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsi ilə bağlı Türkiyə ilə saziş imzalayıb. Azərbaycan bu layihə üçün 100 milyon ABŞ dolları vəsait ayırıb. 

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol