• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gənclər niyə intihar edir? - EKSPERT

Azərbaycanda gənclər niyə intihar edir? - EKSPERT
08.01.2014 11:55
Son zamanlar Azərbaycanda intihar halları çoxalıb. İntihar hallarını araşdırdığımız zaman yaş senzinin də aşağı düşdüyü bəlli olur. Bəzi ekspertlər gənclərin intihar təşəbbüslərini işsizlik, şəxsi həyatın olmaması və ya ailədaxili problemlərlə əlaqələndirirlər. ANN.Az-a açıqlamasında həkim-psixoloq Cabbar Qurbanov gənclərin intihara meyilliyin səbəblərindən danışıb:"İntihar hadisələri cəmiyyətdə baş verənlərlə birbaşa əlaqəlidir. Son zamanlarda intihar hallarının artmasına səbəb gənclərdə gələcəklə bağlı ümidsizliyin, onların çıxış yolu tapa bilməməsi ilə əlaqədardır. Bəzi gənclərin yaşayış səviyyəsinin həddən artıq yüksək olması, bəzilərinin adi çörəkpulu belə tapa bilməməsi, bəzən də ailə münaqişələri intihar hallarına birbaşa səbəb olur. Ailə münaqişələrinin kökünü araşdırdıqda yenə maddi təminatla bağlı problemlərin olduğunun şahidi oluruq. Yəni, bəzi gənclərin bahalı restoranlarda böyük pullar xərcləməsi, ətrafındakıların, hətta polis məmurların onların qarşısında baş əyməsi, iş tapa bilməyən və ya aylıq məvacibi az olan gənclərin daxilində müəyyən hisslər oyadır və onlar bu problemi həll edə bilməyəndə, intihar yoluna əl atırlar”.Cabbar Qurbanov açıqlamasında intihar hallarının baş verməsinin kriminalizmin, cinayətin, zorakılığın təbliği ilə əlaqəli olduğunu bildirib: “İntihar hallarının başqa səbəbi də dünyada son zamanlar cinayət faktlarının, kriminalizmin artmasıdır. Televiziyada, internetdə  zorakılığın geniş təbliği gənclərə də təsir edir, onların şüuraltında müəyyən izlər buraxır. Həmin hadisələrin qəhrəmanlarının televiziyada dəfələrlə nümayiş etdirilməsi, onların qısa zamanda məşhurlaşması gənclərə pis nümunə olur” – deyə Cabbar Qurbanov bildirib.SeymurANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol