• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Paşayev: "Müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşıram"

Hafiz Paşayev: "Müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşıram"
08.01.2014 10:24

ADA-da keçirilən “Təfəkkür, Cəmiyyət və Transformativ Təhsil” adlı konfrans başa çatdıADA-da 6-7 yanvar 2014-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə “Təfəkkür, Cəmiyyət və Transformativ Təhsil” adlı konfrans keçirilib. Akademiyadan ANN.Az-a verilən məlumata görə,  konfrans tanınmış psixoloq, Harvard Universitetinin Təhsil İnstitutunun keçmiş professoru Dr. Eleanor Dakvors da daxil olmaqla dünyanın ən məşhur təhsil mütəxəssislərini bir araya gətirib. Bununla yanaşı, konfransda 70-ə qədər orta məktəb direktoru, tanınmış pedaqoq və təhsil mütəxəsisləri də iştirak edib. Konfransın açılışında ADA-nın Rektoru, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA-nın Tədris işləri üzrə prorektoru Dr. Patrik Kvin, Harvard Universitetinin keçmiş professoru Dr. Eleanor Dakvors və biznesmən və xeyriyyəçi Taher Gozel “Təhsil, Tədris və Məktəblərə yeni baxış” mövzusu ətrafında çıxışlar ediblər. Müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını bildirən səfir Paşayev onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edərək, ADA olaraq yaxın gələcəkdə məktəblərlə daha sıx əməkdaşlıq edəcəyini qeyd edib. Rektor eyni zamanda, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılmasını planlaşdırıldığını da vurğulayıb.Konfransda daha sonra ABŞ-ın İlliois Universitetinin tanınmış professoru Dr. Uilliam Ayers, “School-in-a-box” və RIVER metodologiyasının həmtəsisçiləri xanım və cənab Rao, Vinçester Universitetinin professoru Dr. Simon Boksli və digərləri təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurrikulum və təhsil siyasətinin formalaşdırıması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər bu kimi mövzular ətrafında çıxış edərək, iştirakçıların suallarını cavablandırıb.Tədbirin ikinci günü ADA-nın Tədris İşləri üzrə Prorektor müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun Dekanı Dr. Vəfa Kazdal, Bakalavr Tələbə Qəbulu üzrə direktor müavini Dr. Firuzə Əliyeva çıxış etmiş və orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bu günü mövzusunda müzakirələr aparıblar. Konfrans “Təbiətdə Transformativ Təhsil”, “Məktəb, Kurrikulum, Təhsil Siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurrikulum tərtibatı və gələcək addımlar” kimi mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam edib.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol