• $
  • €
  • ₽
  • ₺
  • £

Bağçaların vergidən azad edilməsi qiymətlərə təsir edəcək?

Bağçaların vergidən azad edilməsi qiymətlərə təsir edəcək?
07.01.2014 16:01
Azərbaycanda körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olunması özəl məktəbəqədər təhsil sektorunun genişləndirilməsinə, bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmağa, dövlət məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaradacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.Nazirlikdən əlavə edilib ki, hazırda Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var.Təhsil Nazirliyinin özəl uşaq bağçalarında xidmətlərin qiymətlərinin müəyyənləşdirilməsinə hər hansı formada təsir göstərə bilib-bilməyəcəyinə gəldikdə, nazirlikdən qeyd edilib ki, özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların saxlanılması haqqı təsisçi tərəfindən müəyyən edilir. Təhsil Nazirliyi bu məsələyə müdaxilə edə bilməz.İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə Trend-ə bildirib ki, Milli Məclis tərəfindən dekabrın 27-də qəbul edilmiş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun əsasında adı sadalanan təhsil müəssisələri bu il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar. Bu vergilərdən azad olunma həmin müəssisələrin xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, özəl müəssisələrin təqdim etdiyi xidmətlərin qiymətlərininin azalmasına gətirib çıxarmalıdır: "Bu gün özəl bağçalarda xidmətlərin qiymətləri kifayət qədər yüksəkdir. Bu qiymətlər əhalinin aztəminatlı, hətta orta təbəqəsinin maddi imkanlarına uyğun gəlmir. Bu baxımdan təqdim olunan qiymətlər süni qiymətlərdir. Bu qiymətlər mövcud xərclərə və ölkədəki real orta aylıq əməkhaqqına uyğunlaşdırılmayıb. Buna görə də qiymətlərin aşağı salınması vacibdir. Ancaq təəssüf ki, biz sözügedən sferada kəskin qiymət azalması gözləmirik".V.Bayramov deyib ki, 2013-cü il yanvarın 1-dən ƏDV-dən azad edilmə nəticəsində ölkədəki hər bir ali məktəb 1 milyon manatdan artıq vəsaitə qənaət edə bilsə də, bu addım məktəblərdə təhsil haqlarının aşağı düşməsinə, işçilərin əməkhaqlarının yüksəlməsinə səbəb olmadı. Bu baxımdan bağcaların vergidən azad edilməsi də xidmətlərin qiymətlərinin kəskin azalacağını deməyə əsas vermir.V.Bayramovun fikrincə, əgər bundan sonra bağçalarda xidmətlərin qiymətlərində azalma baş verməzsə, onda həmin müəssisələrin təqdim etdiyi qiymətlərin süni qiymət olub-olmaması yoxlanılmalıdır.Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericliyində özəl müəssisələrdə qiymətlər liberal şəkildə, bazar tərəfindən müəyyənləşdirilir və dövlətin bu qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Ancaq eyni zamanda, qanunvericilik imkan verir ki, yalnız istehlak bazarında deyil, xidmətlər sektorunda da təklif edilən qiymətlər süni olduğu halda, müvafiq icra hakimiyyətləri həmin qiymətlərin aşağı salınması üçün iş apara bilərlər. Bunun üçün həmin orqanlar tərəfindən müəssisələrə xəbərdarlıqlar edilə, cərimələr tətbiq oluna, müəssisələrin lisenziyaları geri alına bilər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol