• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları başlayır

AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları başlayır
07.01.2014 15:45
Sabahdan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başlayır.AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov APA-ya açıqlamasında deyib ki, imtahanlar yanvarın 8-dən 29-dək davam edəcək. Onun sözlərinə görə, imtahanlar bu müddət ərzində qeyri-iş günlərini çıxmaq şərti ilə hər bir institutun özünün müəyyənləşdirdiyi vaxtda təşkil olunacaq: “İmtahanlar 3 mərhələdə keçiriləcək. Bu mərhələlərdə namizədlər xarici dil, fəlsəfə və ixtisas fənlərindən imtahan verəcəklər. Həmin mərhələlərin bir və ya bir neçə gündə keçirilməsi barədə dəqiq məlumat yoxdur. Bu, hər bir institutun imtahan mexanizminə əsasən icra olunacaq”. S.Hüseynov qeyd edib ki, ümumilikdə bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib: “Elmlər doktoru hazırlığı üzrə və dissertanturaya sənəd qəbulu barədə isə dəqiq məlumat yoxdur. Bu proses hər institutun özündə aparıldığından, sənəd verənlərin sayı dəqiq bilinmir”. İmtahanlar başa çatandan sonra AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlaya bilər.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol