• $
  • €
  • ₽
  • ₺
  • £

Molla ilə qaçırılan qızın atası onun qaytarılmasını istəyir

Molla ilə qaçırılan qızın atası onun qaytarılmasını istəyir
21.06.2025 11:11

Abşeronda məscidin axundu tərəfindən qaçırılan 16 yaşlı qızın atası  Emin Babayev qızının qaytarılması üçün hüquq-mühfizə orqanlarına müraciət edib. 

Bir gün əvvəl yerli mətbuatda məlumat yayılıb. ki, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Qaçırılan qızın atası Emin Babayev Den.az-a açıqlamasında qəsəbə məscidinin imamı Turab Tahirovu illərdir tanıdığını deyib.

Qızının hazırda Göyçayın Qaraməryəm kəndində olduğunu deyən ata hadisənin iyunun 17-də baş verdiyini bildirib. O, qızının qaçırılmasının əvvəlcədən planlaşdırıldığını qeyd edib.

“Hadisədən əvvəl qızımın məktəbdə son zəng tədbiri olub, ondan bir gün sonra məscidə kitab vermək üçün gedib, həmin gün də Göyçaya qaçırılıb. Məsciddə dini dərslər alırdı və gələcəkdə dini təhsil almağı planlaşdırırdı. Qızımın 16 yaşı var, məscidin imamı onu toruna salıb. O, əvvəllər ailəli olub və boşanıb. O, mənim yaşımdadır, qızımdan yaşca çox böyükdür, istəyirəm övladım geri qaytarılsın”, - o bildirib. 

Babayevin sözlərinə görə, baş verən hadisədən sonra molla tutduğu vəzifəsindəndə azad edilib. O əlavə edib ki, qızı Göyçaya qaçırıldıqdan sonra telefonla ailəsinə zəng edib və ona orada toy keçiriləcəyini, ailə quracağını deyib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol