ABŞ səfirliyinin əməkdaşı Bakıda yol qəzasına düşdü

ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda yol qəzasına düşüb.Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mikayıl Müşfiq küçəsində, Nərimanov heykəlinin qarşısında qeydə alınıb. ABŞ səfirliyinin Azərbaycandakı nümayəndəliyinin xanım əməkdaşının idarə etdiyi “Land Rover” markalı avtomobillə Fidan Əjdər qızı Babayevanın idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə F. Babayeva xəsarət alaraq xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























