• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün üç Milli Qəhrəmanımızın doğum günüdür

Bu gün üç Milli Qəhrəmanımızın doğum günüdür
05.01.2014 16:15

Elgiz Kərimov, Şirin Mirzəyev və Naiq Yusifov Qarabağ uğrunda döyüşlərdə qəhrəmcasına şəhid olublar.

5 yanvar Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub. O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib, Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il martın 12-də Naxçıvanik kəndi uğrunda gedən döyüşdə onlarla düşmən yaraqlısını məhv edib, lakin özü də həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Bərdə şəhərində dəfn edilib.

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub.

O, Leninqrad (Sankt-Peterburq) Ali Siyasi-Hərbi Məktəbi və Moskva Ali Siyasi Akademiyasını bitirib, peşəkar hərbçi kimi SSRİ-nin müxtəlif yerlərində xidmət edib, 1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə gedib, Ağdamda ilk özünümüdafiə batalyonunu yaradıb, az vaxtda cəsur sərkərdə kimi ad qazanıb, Ağdam-Ağdərə istiqamətində çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirib, onlarla kəndi düşməndən azad edib, 1992-ci il iyunun 18-də Ağdamın Əliağalı kəndi yaxınlığında maşınında minaya düşüb və həlak olub.

1994-cü il sentyabrın 16-da polkovnik-leytenant Şirin Mirzəyev Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var, xidmət etdiyi hərbi hissədə büstü qoyulub.  

 

Ş.Mirzəyevin döyüş yolu bir hərbi məktəbdir. Ş.Mirzəyev onu tanıyanlar üçün həmişə saflıq, təmizlik, düzlük simvolu olub.

Naiq Nəsir oğlu Yusifov 1970-ci il yanvarın 5-də Tovuz rayonu Ağdam kəndində anadan olub.

O, 1990-cı ildə kəndlərində yaradılmış özünümüdafiə dəstəsinə yazılıb, cəbhə boyu kəndlərin müdafiəsində şücaətlə vuruşub, 1992-ci il martın 24-də Koxanəbi kəndinin müdafiəsində axıra qədər döyüşüb, son nəfəsində qumbaranı sinəsinə sıxaraq partladıb, özü həlak olub, eyni zamanda ona yaxın erməni yaraqlısını da məhv edib. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Tovuz rayonu Ağdam kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol