• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı dəhşətli intiharı araşdıran müstəntiq danışdı

Bakıdakı dəhşətli intiharı araşdıran müstəntiq danışdı
05.01.2014 15:49

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib.

APA TV-nin xəbərinə görə, ətrafdakılar Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikirdən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

 

Təxminən 20 yaşlarındakı gənc təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  Xəstəxanadan APA TV-yə verilən məlumata görə,  şəxsiyyəti müəyyənləşdirilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb. Üç saylı klinik xətəxanadan bildirilib ki, şəxs naməlum adı ilə qeydiyyata götürülüb, vəziyyəti ağır olduğuna görə, reanimasiya şöbəsinə köçürülüb və orada keçinib. Fövqəladə hallar nazirliyi də baş verən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb. Şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd edilib. Amma heç bir psixoloji bağlantıya girməyən gənc intihar niyyətini həyata keçirib.

 

Sabunçu rayon polis idarəsinin müstəntiqi Elçin Hüseynlinin APA TV-yə verdiyi məlumata görə, hələlik özünü atan şəxsin kimliyi araşdırılır. Müstəntiq bildirib ki, meyitin üzərindən götürülən telefon nömrəsi ilə də onun yaxınlarıyla əlaqə saxlamaq mümkün olmayıb. Faktla bağlı aradşdırma aparılır. 

Qaynar.info

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol