Bakıda ikimərtəbəli 6 otaqlı ev yanıb

Bakıda gecə saatlarında yanğın hadisəsi baş verib, APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
APA
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























