Azərbaycanda uşaq bağçasında qumbara tapıldı

Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən 43 saylı uşaq bağçasının həyətində qumbara tapılıb. APA-nın qərb bürosunun xəbərinə görə, həyətdə qazıntı aparan fəhlələr yerin altından “F-1” əl qumbarası tapıblar. Dərhal Kəpəz rayon Polis İdarəsinə məlumat verilib. Tətil günləri ilə əlaqədar bağçada uşaq olmasa da, binanın bir hissəsində məskunlaşan məcburi köçkünlər yaşadıqları yerdən təxliyyə ediliblər. Bağçada Kəlbəcər rayonundan olan 20-yə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























