Qazaxda minik avtomobili aşıb, ölən var

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























