• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə yol qəzası: tibb bacıları yaralandı

Gəncədə yol qəzası: tibb bacıları yaralandı
04.01.2014 15:59
Gəncə şəhərində 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində, Mərkəzi Bazarın qarşısında qeydə alınıb. Şəhər sakini Əli Aşurovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən Əkbər Məmmədovun idarə etdiyi “Mercedes” markalı təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin gücündən təcili tibbi yardım maşını yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində “VAZ 2107”nin sərnişini, 27 yaşlı Turan İsmayılova, təcili tibbi yardım maşınının sürücüsü və tibbi bacıları Şərqiyə Həsənova ilə Bəsti Əhmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. VAZ “2107”nin sürücüsu isə hadisə yerindən qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol