Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.
Bu barədə Reportun sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar - mayında yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.
İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























