• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis kəndi nəzarətə götürdü

Azərbaycanda polis kəndi nəzarətə götürdü
04.01.2014 11:34

Afşar kəndində güllələnən Zahid Qarayevin xəstəxanada ölməsinə görə qohumlarının qisas alacağı xəbərini alan Ağcabədi polisi səfərbər olunub. Ağcabədi rayonundan olan qaynağın “Axar.az”a bildirdiyinə görə, Ağcabədi Polis İdarəsinin əməkdaşları hazırda Afşar kəndindədirlər və nəzərdə tutulan qisas ehtimalının qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hadisələrin axarını isə təsəvvür etmək belə çətindir.Məlumat üçün bildirək ki, dekabrın 30-da kənd sakinləri Zaur və Anar Baxşəliyevlər şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi onun öz evində vurmaq istəyərkən atılan güllələr şəhidin əmisi Zahid Qarayevə dəyib. Zahid Qarayev dünən günorta saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda vəfat edib. Hazırda onun meyitinin bu dəqiqələrdə kəndə çatacağı bildirilir. Polis isə Abdullayevlərin qisas almasından olduqca narahatdır. Afşar kəndi klassik ənənələrə bağlı və qapalı kəndlərdən hesab olunduğu üçün polisin narahatlığına ciddi əsas var. Qaynağın xəbərinə görə, Ağcabədi polisi Afşar ağsaqallarının bu qan düşmənçiliyinə müdaxilə edəcəyi ana qədər kəndə ciddi nəzarət etməkdən ayrı əlac görmür. Əlavə edək ki, bu güllələnmə nəticəsində həbslər və polisin gördüyü tədbirlər barədə bayram günləri olduğu üçün ictimaiyyətə ətraflı məlumat verilməyib. Dünən Afşar kəndində daha bir bıçaqlanma hadisəsinin olması da polisin narahatlığını artırıb. 17 yaşlı rayon sakini Rza Fətullayev Avşar kənd sakinləri Cəsarət Əkbərov və Pərviz Əlizadəni bıçaqlayıb. ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol