Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
"Report"un məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırmaya başlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























