• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yük qatarı aşıb - FOTOLAR

Azərbaycanda yük qatarı aşıb - FOTOLAR
29.05.2020 08:53

Bakı-Qazax dəmir yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndi ərazisində yük qatarının relsdən çıxması nəticəsində 5 vaqon aşıb.ANN.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və  hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı  yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində Gəncə istiqamətində qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Lakin hazırda həmin istiqamətə sərnişin qatarlarının hərəkəti bərpa olunub. Yük qatarlarının hərəkəti isə yaxın saatlarda bərpa olunacaq.İlkin ehtimala görə, qəzanın baş verməsinə texniki nasazlıq səbəb olub. Lakin dəqiq səbəblər ekspertlərin apardığı araşdırmalardan sonra məlum olacaq. Hazırda dəymiş ziyan hesablanıb.Faktla bağlı araşdırma aparılır. ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol