• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyentlərin şəxsi məlumatları yalnız anonim şəkildə açıqlana bilər - Abbaszadə

Abituriyentlərin şəxsi məlumatları yalnız anonim şəkildə açıqlana bilər - Abbaszadə
14.07.2025 11:39

Abituriyentlərin nəticələri ilə bağlı məlumatların açıqlanması yalnız anonim şəkildə və şəxsi məlumatların qorunması şərti ilə mümkündür. Bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib. 

“Open Data layihəsinə qoşularkən çox ciddi şəkildə düşündük və qərara gəldik ki, təqdim etdiyimiz məlumatlar fərdi identifikasiya imkanı verməyən, yalnız data formatında olmalıdır,” – Abbaszadə bildirib.

Onun sözlərinə görə, şəxsin imtahan nəticələri yalnız həmin abituriyentin özü tərəfindən açıqlana bilər. 

“Bu, insan hüquqlarının qorunması məsələsidir. Heç bir qurum, o cümlədən DİM, abituriyentin icazəsi olmadan onun nəticələrini ictimailəşdirə bilməz,” –  o vurğulayıb.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, bəzi iştirakçıların suallara cavab vermə faizləri ilə bağlı nəticələri təhlil edilərkən bəzi ciddi uyğunsuzluqlar müşahidə olunub. “

Mənə elə gəlir ki, illərdir hazırladığımız materiallar oxunmur. Halbuki həmin sualların cavabları bizim jurnallarımızda aylardır yer alır. Mən hər dəfə sual veriləndə cavabı jurnalın konkret səhifəsindən göstərirəm,” – Abbaszadə əlavə edib.

O bildirib ki, DİM-in təqdim etdiyi məlumatlar 2025-ci ilin may ayından etibarən Open Data platformasında yerləşdirilməyə başlanılıb və məlumatların təhlükəsizliyi təmin olunub.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol