• $
  • €
  • ₽
  • ₺
  • £

5-ci qrup üzrə qabiliyyət imtahanı verməyənlərin qəbulu təklifi ali məktəblər tərəfindən rədd edilib

5-ci qrup üzrə qabiliyyət imtahanı verməyənlərin qəbulu təklifi ali məktəblər tərəfindən rədd edilib
14.07.2025 11:52

5-ci ixtisas qrupu üzrə qabiliyyət imtahanı verməyənlərin də qəbulu ilə bağlı DİM-in irəli sürdüyü təklif ali məktəblər və aidiyyəti qurumlar tərəfindən qəbul edilməyib. Bunu 
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

“Müxtəlif ali məktəblər üçün müxtəlif qabiliyyət ixtisaslarını təqdim etdik və həmin sahələrin ayrıca – 5-ci ixtisas qrupu çərçivəsində – formalaşdırılmasını təklif etdik ki, məsələn, attestatla qəbul edilən şəxslər də bu ixtisaslara yönələ bilsin,” – Abbaszadə qeyd edib.

Onun sözlərinə görə, məqsəd bu sahəyə gələn abituriyentlərin profil fənləri üzrə ilkin biliklərə malik olmasını təmin etmək idi. 

“Biz izah edirdik ki, əgər bu ixtisasda riyaziyyat tələb olunursa, o zaman yüksək nəticə göstərənlər qəbul edilməlidir. Amma təklif rədd edildi,” –  o əlavə edib.

Abbaszadə bildirib ki, DİM bu istiqamətdə riyazi bilikləri yüksək olan, məsələn, 227 baldan yuxarı nəticə göstərən abituriyentlərin yönləndirilməsini nəzərdə tutmuşdu. Lakin bu təşəbbüs dəstək qazanmayıb və məsələ hələ də yalnız müzakirə predmetidir.

“Mən deyə bilmərəm ki, bu, tam səhv idi. Ola bilsin ki, bu cür addımların həyata keçirilməsi üçün əlavə təminat mexanizmləri yox idi. Amma məsələ açıq qalır,” – DİM rəhbəri vurğulayıb.

Beşinci qrupa imtahan verən abituriyentlər üçün 4400 yer müəyyən edilib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol