• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət sifarişi yerlərində rəqabət güclənir, bəzi ixtisaslara maraq azalır- DİM sədri

Dövlət sifarişi yerlərində rəqabət güclənir, bəzi ixtisaslara maraq azalır- DİM sədri
14.07.2025 11:58

 

Bu il ali məktəblərdə dövlət sifarişi üzrə 78.400 plan yeri ayrılıb və bu yerlərə qəbul zamanı ciddi rəqabət müşahidə olunur. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, əsas rəqabət ali məktəblərin nüfuzlu ixtisaslarında və dövlət sifarişi ilə ayrılan yerlərdə cəmlənib. 

“Hər il bu yerlərə keçid balları, xüsusilə də dövlət sifarişi əsasında təhsil alanlar üçün ödənişli yerlərlə müqayisədə daha yüksək olur,” –  Abbaszadə bildirib.

Sədr qeyd edib ki, bəzi ödənişli ixtisaslarda da yüksək rəqabət formalaşır və bu, abituriyentlərin ixtisas və universitet seçimində fərqli meyarlarla hərəkət etdiyini göstərir. 

O əlavə edib ki, bu il ali məktəblərə qəbulda müşahidə olunan rəqabət dinamikası əvvəlki illərlə müqayisədə dəyişib.

Qruplar üzrə rəqabət dəyişiklikləri

– 1-ci qrup üzrə rəqabət azalıb;
– 2-ci qrupda təxminən 4% artım qeydə alınıb;
– 3-cü qrup üzrə rəqabət 9% artıb;
– 4-cü qrupda isə rəqabət 7.5% artım göstərib;
– 5-ci qrupda da artım müşahidə olunub.

Abbaszadə bildirib ki, rəqabətin real mənzərəsi abituriyentlərin yekun nəticələri və ixtisas seçimləri yekunlaşdıqdan sonra tam bəlli olacaq. 

“Kimlər ali məktəbə sənəd verib, amma təkcə bir universitet və bir ixtisası seçirsə, bu da seçim məntiqinə təsir edir,” –  o vurğulayıb.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol