• $
  • €
  • ₽
  • ₺
  • £

Rus və Azərbaycan bölməsi arasında fərq – əhalinin coğrafiyası ilə bağlıdır

Rus və Azərbaycan bölməsi arasında fərq – əhalinin coğrafiyası ilə bağlıdır
14.07.2025 12:27

 

Rus bölməsi üzrə yüksək nəticələrə səbəb şəhərlərdə daha güclü dil mühiti və müəllim çatımlılığıdır. Bu barədə DİM rəhbəri Məleykə Abbaszadə bildirib.

“Bu, təkcə dil məsələsi deyil. Bu, həm də şəhər və kənd məktəbləri arasında olan resurs fərqidir,” –  Abbaszadə bildirib.

Dövlət hesablı yerlərin bölgüsü də bu fərqi təsdiqləyir: dövlət sifarişi üzrə qəbulun 85-92%-i Azərbaycan bölməsi məzunlarının payına düşür.

“Məktəbim” platformasında bütün nəticələr ictimai izlənə bilər

Məleykə Abbaszadə bildirib ki, “Məktəbim” elektron platformasında 1992-ci ildən bəri bütün məktəblər üzrə nəticələr, imtahan statistikası və şagirdlərin performansı ictimaiyyət üçün açıqdır. 

“Biz bu məlumatları rayonlara, məktəblərə göndəririk. İctimaiyyət bu datalarla maraqlanmalıdır,” –  o əlavə edib.


Əsas faktor müəllim keyfiyyətidir – məktəbin taleyi auditoriyada həll olunur

“Məktəbdə qiymətlərin düzgün verilməməsi, müəllimlərin aşağı səviyyəsi və daxili qiymətləndirmənin formallığı nəticə etibarilə ümumi təhsilin keyfiyyətinə zərbə vurur,” – Abbaszadə bildirib.

Onun sözlərinə görə, müəllimlərin bilik səviyyəsi, şagirdə ötürə bildiyi informasiya ilə düz mütənasibdir.

Təhsil prosesinin 90%-i auditoriyada gedir və bu prosesi idarə edən müəllimin özü həlledici faktordur.

“Əgər müəllim zəifdirsə, internet resursları belə uşağa istədiyi nəticəni verməyəcək. Uşaq müəlliminə baxaraq öyrənməlidir. Ona görə müəllim faktoru dəyişilməzdir,” – Abbaszadə yekunlaşdırıb.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol