• $
  • €
  • ₽
  • ₺
  • £

Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib

Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib
15.07.2025 10:38

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ilin ilk altı ayı (yanvar-iyun) ərzində ümumilikdə 12 milyon 393 min 131 müraciət qeydə alınıb. Bu barədə TƏBİB məlumat yayıb.

Bunlardan 260 min 661-i stasionar, 12 milyon 132 min 470-i ambulator olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayı 4 % artıb.

Yanvar-iyunda göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 44 milyon 174 min 073 (5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı ötən illə müqayisədə 13% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk 6 ay ərzində 18 milyon 722 min 731 sayda laborator müayinələr aparılıb ki, onların da 2 milyon 843 min 708-i stasionar, 15 mln 879 min 023-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

Eyni zamanda yanvar-iyunda 181 min 352 cərrahi əməliyyat və prosedur (169 138 stasionar, 12 214 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən illə müqayisədə 1 % azalıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol