• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST: COVID-19 tam olaraq bitməyib, diqqətli olmaq vacibdir

ÜST: COVID-19 tam olaraq bitməyib, diqqətli olmaq vacibdir
15.07.2025 11:27

COVID-19 pandemiyası əvvəlki qədər təsirli olmasa da, virus hələ də mövcuddur və gələcəkdə də davam edəcək. Bu barədə  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı brifinq zamanı bildirib.

“Diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək vacibdir. Qrip virusları həyatımızın bir hissəsidir və hər il, xüsusilə 65 yaşdan yuxarı şəxslərə vaksinasiya tövsiyə olunur,” –  Harmancı qeyd edib.

O, COVID-19 vaksinlərinin sürətlə hazırlanmasına baxmayaraq, bütün təhlükəsizlik mərhələlərinin qorunduğunu və bu günə qədər ciddi yan təsirlərlə bağlı məlumatın olmadığını da vurğulayıb.

İyulun əvvəlində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında qeyd edib ki, ölkədə və digər ölkələrdə “Omikron” variantının bəzi formaları hələ də dövriyyədədir.

Ekspert əhaliyə maska taxmaq, əlləri mütəmadi yumaq və qapalı məkanlardan uzaq durmaq kimi profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol