• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə internetin orta sürəti bir il ərzində iki dəfə artıb

Ölkədə internetin orta sürəti bir il ərzində iki dəfə artıb
16.07.2025 10:12

2025-ci ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 81,36 Mb/s təşkil edib. Bu göstərici ilə ölkə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü yerdə qərarlaşıb. Bu barədə “Speedtest Global Index” məlumat yayıb. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın sabit internet sürəti 2 dəfəyə yaxın artım göstərib (2024-cü ilin iyununda – 39,87 Mb/s).

Sabit genişzolaqlı internetin sürətinə görə Sinqapur iyun ayında 393,15 Mb/s göstərici ilə dünya üzrə birinci, Suriya isə 3,19 Mb/s ilə sonuncu yerdə qərarlaşıb.

Mobil internet üzrə vəziyyət

Azərbaycan mobil internet sürətinə görə də irəliləyiş göstərib – 72,52 Mb/s sürətlə 103 ölkə arasında 55-ci yerə yüksəlib (may ayı ilə müqayisədə 2 pillə irəliləyiş).

Mobil internet üzrə dünya reytinqinə 546,14 Mb/s ilə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. Siyahının sonuncu pilləsində isə Boliviya yer alıb – 13,92 Mb/s.

Bakı şəhəri üzrə göstəricilər

Bakıda sabit genişzolaqlı internetin sürəti 78,78 Mb/s təşkil edib və şəhər 196 şəhər arasında 115-ci pillədə qərarlaşıb. Bu göstərici əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Mobil internet sürətində isə Bakı 88,2 Mb/s ilə 150 şəhər arasında 87-ci yerə enib (3 pillə geriləyib). Şəhərlər üzrə mobil internetdə lider Ər-Rayyan (Qətər) olub – 561,48 Mb/s. Sonuncu yeri isə La Paz (Boliviya) tutub – 10,76 Mb/s.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol