• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan kommunikasiyalarla bağlı ABŞ-dan təkliflər alıb - Baş nazir

Ermənistan kommunikasiyalarla bağlı ABŞ-dan təkliflər alıb - Baş nazir
16.07.2025 14:50

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı təkliflərin ABŞ tərəfindən təqdim edildiyini təsdiqləyib. Bu barədə o, iyulun 16-da İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verib.

“Bəli, ABŞ-dan təkliflər almışıq,” — Paşinyan jurnalistin Sünik bölgəsindən keçən yol(Zəngəzur dəhlizi - red.) ilə bağlı sualına cavab olaraq bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan müxtəlif dost ölkələrdən təkliflər alır və ictimaiyyət bu təşəbbüslər barədə bilavasitə və ya dolayı şəkildə məlumatlandırılır.

“Qeyd etmək çox vacibdir ki, istənilən məsələ Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində müzakirə olunur,” — Paşinyan əlavə edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi təmin edilmədən heç bir təşəbbüs və ya layihənin müzakirəsi mümkün deyil.

Daha əvvəl Karneqi Fondunun analitiki Olesya Vardanyan iki diplomatik mənbəyə istinadla yazmışdı ki, ABŞ administrasiyası — hələ Donald Tramp dövründə — Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirən yol üzrə İrəvan və Bakıya təkliflər təqdim edib.

Həmin təklifin, mənbələrə görə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Avropa İttifaqının təşəbbüsü ilə formalaşdırılmış, mübahisəli bölgələrdən keçən marşrutların neytral vasitəçi tərəfindən — məsələn, İsveçrə şirkəti — idarə olunmasını nəzərdə tutan plana bənzədiyi bildirilir.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol