• $
  • €
  • ₽
  • ₺
  • £

Altı ayda 44 milyondan çox xidmət göstərilib - Agentlik

Altı ayda 44 milyondan çox xidmət göstərilib - Agentlik
18.07.2025 10:00

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda icbari tibbi sığorta çərçivəsində 44.2 milyondan çox tibbi xidmət göstərilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.


Agentliyin statistikasına əsasən, 3.6 milyon nəfər yanvar-iyun aylarında 12.3 milyon dəfə tibbi müəssisələrə müraciət edib. Bu, ölkə əhalisinin təxminən 38%-nin sığorta xidmətlərindən yararlandığını göstərir. Ümumi tibbi xidmətlərin 87%-i ambulator, 13%-i isə stasionar şəraitdə həyata keçirilib.
Ən çox xidmət göstərən tibb müəssisələri sırasında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Respublika Klinik Xəstəxanası ilk beşlikdə yer alır.


Müraciətlərin əsas səbəbləri arasında ümumi tibbi müayinələr, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sistemləri xəstəlikləri üstünlük təşkil edib.


Hesabata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 18.5 milyondan çox laborator tibbi xidmət göstərilib. Bu xidmətlərin 85%-i ambulator, 15%-i stasionar müalicə çərçivəsində olub. Ən çox icra olunan laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qlükoza testi, kreatinin səviyyəsinin ölçülməsi və protrombin vaxtı (PT) testi daxildir.
Müqaviləli tibb müəssisələrində xidmətlər
Dövlət müəssisələrində icrası mümkün olmayan tibbi prosedurlar üçün vətəndaşlara 154 987 göndəriş verilib.

Nəticədə yanvar-iyun aylarında 64 983 əməliyyat və prosedur müqaviləli tibb müəssisələrində icra olunub. Bu xidmətlərin 1 192-si uşaqlara, 63 791-i isə böyüklərə göstərilib.


Əməliyyatların bölgüsü belədir:
• 29 001 – invaziv radiologiya
• 18 289 – oftalmoloji xidmətlər
• 7 675 – ürək-damar cərrahiyyəsi
Altı ay ərzində 80 orqan transplantasiyası icra olunub. Onların 56%-i böyrək, 38%-i qaraciyər, 6%-i isə sümük iliyi transplantasiyası təşkil edib.


Agentlik qeyd edir ki, tibbi xidmətlərin elektron reyestrdə qeydiyyatı və icrası il ərzində davam etdiriləcək.

Gülnar

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol