• $
  • €
  • ₽
  • ₺
  • £

Pomidor əkmək adıyla istixanada 881 kq narkotik yetişdirib

Pomidor əkmək adıyla istixanada 881 kq narkotik yetişdirib
18.07.2025 16:06

Bakının Suraxanı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada istixana şəraitində yetişdirilməsinə qarşı keçirilən xüsusi polis əməliyyatı nəticəsində 881 kiloqramdan artıq çətənə bitkisi müsadirə olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları Maştağa qəsəbəsində yerləşən bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə bağlı əməliyyat məlumatı əsasında hərəkətə keçib.

Əməliyyat zamanı 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Onun istifadəsində olan istixanada pomidor yetişdirilməsi adı altında 2 066 ədəd çətənə kolunun əkildiyi müəyyən edilib. Əməliyyat zamanı ümumilikdə 881 kiloqram 415 qram yaş halda çətənə bitkisi və 485 qram hazır marixuana aşkarlanaraq götürülüb.

İstintaq zamanı məlum olub ki, Həsənov çətənə bitkilərinin daha məhsuldar yetişməsi üçün xüsusi damla-suvarma sistemi quraşdırıb və narkotikləri satış məqsədilə becərib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs barəsində istintaq davam etdirilir, onun mümkün cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol