• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
18.07.2025 17:35

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib. Bu barədə AYNA məlumat yayıb.

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri aşağıdakı kimi müəyyən olunub:

“Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
“Bakı-Zaqatala” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;
“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
“Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
“Sabirabad-Gəncə” marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami oğlu;
“Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və Məmmədov Mahir Xaliq oğlu;
“Xankəndi-Bərdə” marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab oğlu;
“Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu qalib elan olunublar.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol