• $
  • €
  • ₽
  • ₺
  • £

Çindən Azərbaycana gələnlərin sayı 60% artıb

Çindən Azərbaycana gələnlərin sayı 60% artıb
21.07.2025 14:31

2025-ci ilin yanvar-iyununda Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artıb.

2024-cü ilin yanvar-iyunu ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,0 faiz azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 faiz azalaraq 422,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 5,8 faiz artaraq 558,8 min nəfər təşkil edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol