• $
  • €
  • ₽
  • ₺
  • £

100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək

100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
23.07.2025 13:44

Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi prosesini asanlaşdırır. Fərman nəticəsində təqribən 100 minə yaxın ailəyə əvvəllər sənədləşdirilməmiş ev və torpaq sahələrini hüquqi qeydiyyatdan keçirmək imkanı veriləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklər 2015-ci ildə qüvvəyə minmiş 439 nömrəli sənədə əlavə və düzəlişləri əhatə edir.

“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquqmüəyyənedici sənəd kimi tanınmayan bəzi arayışlara bu status verilir. Bu da vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradır”, – Alimova bildirib.

Yeni hüquqi çərçivə əsasında keçmiş kolxoz və sovxoz torpaqları, o cümlədən müxtəlif kənd təsərrüfatı müəssisələrinin əmrləri əsasında verilmiş sahələr də mülkiyyət hüququ ilə rəsmiləşdirilə biləcək. Fərmana əsasən, sovet dövründə yerli icra orqanları tərəfindən ayrılmış torpaq sahələrinin qeydiyyatı zamanı artıq dövlət aktının təqdim olunması tələb olunmayacaq.

Bundan əlavə, sovxoz rəhbərlərinin verdiyi əmr və ya torpaq kitablarından çıxarış kimi sənədlər də hüquqi əsas kimi qəbul ediləcək. Ekspertlər hesab edirlər ki, bu addım uzun illər hüquqi qeyri-müəyyənlik şəraitində qalan əmlakların statusunun aydınlaşdırılmasına və daşınmaz əmlak bazarının tənzimlənməsinə mühüm töhfə verəcək.

Prezidentin bu fərmanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilən son dəyişikliklərlə uyğunlaşdırılıb və 2015-ci il 13 yanvar tarixli, eləcə də 30 oktyabr tarixli fərmanlarda nəzərdə tutulan sənədlər siyahısına düzəlişləri ehtiva edir.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol