• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı otellərində ən çox Hindistanlılar qalıb - Statistika

Bakı otellərində ən çox Hindistanlılar qalıb - Statistika
25.07.2025 12:25

 Azərbaycanda 2025-ci ilin yanvar–iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 1 milyon 970,7 minə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Gecələmələrin 62,6%-i Bakıda, 6,4%-i Qusarda, 4,9%-i Naftalanda, 4,4%-i Qəbələdə, 3,2%-i Şabranda, 3%-i Qubada və 15,5%-i digər şəhər və rayonlarda qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı 10,3% artaraq 1 milyon 192,6 min təşkil edib.

Bu da ümumi göstəricinin 60,5%-inə bərabərdir. Ən çox gecələmə Hindistan (19,3%), Rusiya (12,8%) və Türkiyə (9,1%) vətəndaşları tərəfindən qeydə alınıb. Onları Səudiyyə Ərəbistanı (6,7%), Birləşmiş Ərəb Əmirlikləri (5,3%) və İsrail (4,1%) vətəndaşları izləyib.

Əcnəbilərin 80,8%-i Bakıda gecələyib, digər əsas istiqamətlərə isə Qusar (7,2%), Naftalan (4,1%), Qəbələ (3,2%) və Quba (2,1%) daxildir.

Azərbaycan vətəndaşlarının gecələmələrinin sayı 0,9% artaraq 778,1 minə çatıb – bu, ümumi gecələmələrin 39,5%-ni təşkil edir.

2025-ci ilin ilk yarısında mehmanxana və hotel tipli obyektlərin ümumi gəlirləri 9,2% artaraq 290 milyon manat olub. Gəlirlərin 60,4%-i otaq təqdimatı, 27,5%-i ictimai iaşə, 3,2%-i müalicə və sağlamlıq, 8,9%-i isə digər xidmətlərdən əldə olunub.

Bu dövrdə ölkə üzrə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi 21,4% təşkil edib (ötən il: 21,1%). Ən yüksək istifadə göstəriciləri Şabranda (51,5%), Naftalanda (40,2%) və Bakıda (34,1%) qeydə alınıb.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol