• $
  • €
  • ₽
  • ₺
  • £

“YAŞAT” Fondu və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil etdi

“YAŞAT” Fondu və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil etdi
25.07.2025 17:37

Sərfəli xidmətləri və sosial əhəmiyyətli layihələri ilə seçilən mobil operator “Nar” “YAŞAT” Fondunun 12-15 yaş arası şəhid övladları üçün təşkil etdiyi əyləncəli və öyrədici yay düşərgəsinə dəstək olub. 


Qəhrəman valideynlərin övladları ilə “Nar”ın baş icraçı direktoru Qunnar Panke də görüşüb, maraqlı suallar ətrafında müzakirə aparıb. Sonda Qunnar Panke yeniyetmələrə öz tövsiyəsini verib: ““Nar” ölkəyə rabitə xidməti göstərməklə yanaşı müxtəlif sosial layihələrlə cəmiyyətin inkişafına töhfə verməyi də qarşısına məqsəd qoyub. Bu məqsədlərə yetmək üçün gənclərimizdən savadla yanaşı çalışqanlıq və cəsarət tələb olunur. Bu mənada, qəhrəman valideynlərinizin rəşadəti təkcə qürur mənbəyi deyil, həm də sizin gələcəyiniz üçün tükənməz güc qaynağıdır. Siz hər zaman, hər yerdə onlar kimi cəsarətli, qorxmaz və məqsədyönlü davranmaqla böyük uğurlara nail olacaqsınız.”


Artıq dördüncü dəfə təşkil edilən yay düşərgəsi bu dəfə Lənkəran rayonun füsunkar təbiətində keçirildi. XX günlük düşərgədə 75 nəfər şəhid övladı üçün öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər və qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar və əyləncə saatları təşkil edilib. Düşərgənin dəstəkçisi olaraq, “Nar”dan bütün iştirakçılara dəyərli hədiyyələr təqdim edilib.
Mobil operator “Nar” da özünün KSM strategiyası çərçivəsində milli irsin qorunması istiqamətində həyata keçirilən layihələrə davamlı dəstək olur.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol