• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT

“Azəriqaz”dan kollektiv cəza — 25 borcluya görə, yüzlərlə sakin qazsız qalıb- ŞIKAYƏT
28.07.2025 17:46

"Azəriqaz" ASC Suraxanı rayon Yeni Günəşli qəsəbəsi massiv “V”, 12E binasının 25 sakininin borclu olması səbəbindən bütün binanın qaz təchizatını dayandırıb.  Bu barədə bina sakini Haldun Novruzzadə məlumat verib. 

"Azəriqaz" ASC Suraxanı rayon  qaz istismarı idarəsinin  rəhbəri  "İnci" residensdən rüşvət istəyir. Deyirlər ki, qazın bərpasını istəyirsizsə, rüşvət verin qazı açaq. Halbuki bina 5 ildi istismara verilib və çıxarışımız var. Rüşvətə görə, bu qədər insanı qazsız qoyublar. Açıqlama yazıblar ki, guya binada qaz sızma olub. Kim edib o şikayəti? Bizim niyə xəbərimiz yoxdur? Bunlar hamısı bəhanədir ", - şikayətçi bildirib.

"Azəriqaz"İB-nin mətbuatİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Eldəniz Vəliyev bildirir ki, qazın dayandırılmasına səbəb ərazidə olan qaz sızması olub.

"Həftənin beşinci günü həmin ərazidə güclü qaz sızmasının olması ilə bağlı şirkətə  müraciət daxil olub. Qəza təhlükəsizliyi ilə bağlı qazın verilişi dayandırılıb. Lakin sakinlər, MTK nümayəndələri buna şərait yaratmırlar. Eyni zamanda hər il texniki müayinə həyata keçirirlər. Texniki müayinənin də keçirilməsinə sakinlər maneə yaradırlar. Beşinci gün qazın dayandırılması bu səbəbdən olub.  Artıq binaya qazın verilişi bərpa olunub. Amma bərpa müvəqqəti xarakter daşıyır",- Eldəniz Vəliyev vurğulayıb.

Milli Məclisin deputatı Razi Nurullayevin fikincə, qanunda bir neçə adamın borcuna görə yaşayış massivinin ümumilikdə qazın kəsilməsi ola bilməz.

"Bu doğru yanaşma deyil. Əgər bir binanın 25 nəfərinə görə, qazı kəsilibsə, burada başqa bir səbəb olmalıdır. Bu qanuna zidd hərəkətdir. İnsan hüquqlarının pozulmasıdır. Amma qanunvericilikdə belə bir məsələ  nəzərdə tutulmayıb', - deputat bildirib.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, qonşunun borcuna görə, digər şəxslərin də qazının kəsilməsi insanların kommunal xidmətləri ilə bağlı hüquqlarının pozulmasıdır.

"Çoxmənzilli yaşayış binalarında hər bir mülkiyyətçi  "Azəriqaz"la müqavilə bağlayır. Müqavilədə qonşunun borcuna görə, digər vətəndaşların da qazının kəsilməsi barədə bir bənd yoxdur. Hər bir şəxsin ayrı-ayrılıqda mənzillərinə qaz daxil olur. Tənbəllik edərək, əziyyət çəkməmək üçün  ümumi qaydada ümumi binanın qazını kəsirlər. Bu da qonşular arasında narazılığa səbəb olur. Qonşular digər borcunu ödəməyən şəxslərə təsir edirlər  ki, gedin borcunuzu ödəyin. Biz sizə görə qazsız qalmışıq. Bu əslində qanunsuzdur. İnsanların komunal xidmətləri ilə bağlı hüquqlarının pozulmasıdır",- hüquqşünas bildirib.

Hüquqşunasın sözlərinə görə, qazı kəsilən şəxslər məhkəməyə müraciət edərək "Azəriqaz"dan maddi kompensasiya tələb edə bilərlər.

"Həmin vətəndaşlar müqavilələri əsasında  maddi kompensasiya istəyə bilərlər. Həm də bu addımı atan şəxslərin barəsində tədbir görülə bilər. Niyə hər mənzilə ayrı ayrılıqda sayğac qurulur? Bu sayğacların qurulmasının mənası nədir? Hər bir mənzilə ayrı ayrılıqda xətlər daxil olur. Ona görə də kimin borcu varsa, o şəxslərin qazı kəsilməlidir", - hüquqşünas əlavə edib.

İnci Rezidens rəhbərliyi isə əlaqə saxlamaq mümkün olmayıb. 

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol